Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 19:35
Süd vəzi xərçəngindən əziyyət çəkən və noyabrın sonlarında əməliyyat olunan müğənni Sevda Əliqızı efirə çıxıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, qatıldığı proqramda sağlamlığına qovuşduğunu dilə gətirən müğənni qadınlara çağırış edib.
"İki il səhhətimə fikir vermədim və sinəmdə xərçəng aşkarlandı. Belə olmamaq üçün xanımlara efirdən səslənib deyirəm ki, mütləq zamanında müayinələrdən keçin. Əməliyyatım yaxşı keçdi, böyük bəladan xilas oldum",- deyən Sevda artıq özünü yaxşı hiss etdiyini bildirib.