Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşından çox tanınan model - FOTOlar

Həyat yoldaşından çox tanınan model - FOTOlar

Tarix: 21 Dekabr 2023 20:54

İyulda "İnter" klubu qapıçı Rafael Di Gennaro ilə müqavilə imzaladığını açıqlamışdı. Milan təmsilçisinə yad olmayan 29 yaşlı qolkiper ötən mövsüm C Seriyasında, "Qubbio"da çıxış edib.

Milli.Az publika.az-a istinadən yazır ki, O, 4 il sonra yenidən ona doğma olan kluba qayıdır. Çünki Di Gennaro "İnter"in yetirməsidir. Qapıçı 2002-ci ildən 2019-cu ilə kimi klubun sistemində olub, bundan sonra azad agent kimi "neradzurri"dən ayrılıb.

İtalyan əlcək sahibi üçüncü divizionda "Qubbio"dan başqa "Katanzaro" və "Peskara"da çıxış edib.

Qapıçı ilə birlikdə həyat yoldaşı Stefania Makario Milana gəlib. O, keçmiş modeldir. "İnstaqram"da çox sayda izləyicisi var. Makario hətta C Seriyasının sosial media ulduzu hesab edilirdi.

Xarici görünüşü və sosial şəbəkə hesablarında paylaşdığı fotolar onu A Seriyasının ulduzuna çevirib. Bu səbəbdən Stefania Rafaeldən daha çox tanınır.
 

Milli.Az


Etiketlər:  Həyat yoldaşından çox tanınan model FOTOlar


RƏYLƏR