Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya ulduzlarının qəribə vərdişiləri - FOTOlar

Dünya ulduzlarının qəribə vərdişiləri - FOTOlar

Tarix: 21 Dekabr 2023 21:52

Pərəstişkarları şou-biznes ulduzlarını ideal görməyə öyrəşiblər. Buna baxmayaraq, çox az adam bilir ki, dünya şöhrətli aktyor, müğənni, futbolçu və digər məşhurların qəribə vərdişləri var.

Milli.Az sfera.az-a istinadən dünyanın məşhur sənətçilərinin ən qəribə vərdişlərindən seçmələr təqdim edir.

Madonna

65 yaşlı amerikalı müğənni Madonna ayaq göbələklərinə tutulmaqdan qorxur. Məhz buna görədir ki, dünya şöhrətli müğənni hər səhər və axşam ayağına idrar edir. Bu xəstəliyin qarşısını almaq üçün bir ritualdır.

Sandra Bullok

"İtirilmiş şəhər", "Təklif" və digər filmlərdəki rolu ilə tanınan 59 yaşlı amerikalı aktrisa Sandra Bullokun həmişə gənc qalmaq istəyinə görə qəribə gündəlik ritualları var. Aktrisanın gecələr üz maskası əvəzinə hemoroid (babasil) əleyhinə krem ​​sürdüyü məlum olub.

Tom Kruz

Sandra Bullokun kolleqası Tom Kruzun da oxşar yaşlanma əleyhinə prosedur etdiyi məlumdur. Dünya şöhrətli aktyor hər axşam üz maskası əvəzinə bülbül nəcisindən hazırladığı məlhəmi düyü kəpəyi və su ilə qarışdırıb, üzünə sürtür.

37 yaşlı "Alatoran" filminin aktyoru Robert Pattinsonun yuyunmamaq kimi qəribə vərdişi var. Aktyor özünü elə vəziyyətə salır ki, özü də xoşagəlməz qoxusundan narahat olur. Bir dəfə müsahibəsində aktyor etiraf edib ki, saçının təmizliyi onun üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə də hətta elə olub ki, 6 həftə saçlarını yumayıb. Bundan başqa, aktyor evin təmizliyinə az fikir verir, dırnaq gigiyenasına əhəmiyyət vermir.

"Karib dənizinin quldurları", "Troya" və digər filmlərdəki rolu ilə tanınan 46 yaşlı britaniyalı aktyor Orlando Blumun da oxşar vərdişi var. Aktyor eyni paltarı həftələrlə rahatlıqla geyinib, aylarla eyni çarpayıda yata bilər. Üstəlik, Orlando Blum onunla eyni yataqda yatan itini də yumur.

Katy Perry (Keti Perri)

39 yaşlı müğənni Keti Perrinin də maraqlı vərdişləri var. Müğənni ictimaiyyət arasında qaz buraxmaqdan çəkinmir, həmçinin gündə 6 dəfə dişlərini fırçalayır, hər dəfə fərqli fırçalardan istifadə edir.

Brad Pitt (Bred Pit)

Amerikalı kinoaktyor, prodüser, "Oskar", "Qızıl Qlobus", "Emmi", "BAFTA" və digər mükafatlar laureatı Bred Pitt burun və qulaqlarını qurdalamağəı sevir.

Lady Gaga (Ledi Qaqa)

Ledi Qaqa balsız yaşaya bilmir. Müğənni etiraf edir ki, günün istənilən vaxtında qaşıqla bu sakitcə bal dadmağa vaxt tapır.

Amma 48 yaşlı aktrisa Ancelina Coli daha çox ekzotik yeməklərə üstünlük verir. O, tez-tez həşərat və böcəklərlə ziyafət edir. Onun uşaqları da belə qeyri-adi delikatesləri çox sevirlər. Aktrisa bu həşəratların norma hesab edildiyi ölkələrə aktiv səyahətlərdən sonra qəribə qastronomik vərdiş formalaşdırıb.

David Beckham (Devid Bekhem)

48 yaşlı futbolçu Devid Bekhemin maraqlı vərdişi var. Futbolçu hesab edir ki, evdəki bütün əşyalar cütləşdirilməlidir. Bu qidaya da aiddir.

Heidi Klum (Haydi Klum)

50 yaşlı alman top-model Haydi Klum heç vaxt evindən talismansız çıxmır. Bu talisman dörd övladının süd dişləri olan çantadır.

Johnny Depp (Conni Dip)

60 yaşlı aktyor Conni Depp psixopatik qatillərin fotoşəkillərini, klounların və hətta içərisi doldurulmuş heyvanların rəsmlərini toplayır. Bundan əlavə, aktyor Barbi kuklalarının kolleksiyasını yığır. Aktyorun sözlərinə görə, o, tez-tez filmlərdən səhnələri də məşq edir.

Milli.Az


Etiketlər:  Dünya ulduzlarının qəribə vərdişiləri FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ