Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər şey Allahın izni ilə baş verirsə, o zaman hər şey Allahın istəyi ilə olur?

Hər şey Allahın izni ilə baş verirsə, o zaman hər şey Allahın istəyi ilə olur?

Tarix: 22 Dekabr 2023 06:02

Əvvəlcə bunu izah edək ki, bizim dinimiz məntiqə yox, Qurana əsaslanır. Bu səbəblə sualınızı dinimizin tək mənbəyi olan Qurana əsaslandıraraq cavablandıracayıq. Uca Allah kitabında belə buyurur:

"Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər". (Nisə, 4/79)

"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (Şura, 42/30.)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız." (Nəhl, 90)

Bu ayələrdən gördüyümüz kimi Allah, yaxşı şeyləri əmr, tövsiyə və lütf edir. Pis şeyləri isə insanlara qadağan edir və onları bundan uzaqlaşdırır. Əgər pis şeyləri və günahları Allah yükləsəydi, onda "iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir." deməyinin bir mənası qalmazdı.

Burada başa düşülməyən məsələ və yaranan sual bu ola bilər (ki, sualınızın əsası da budur): "Əgər, hər bir şey Allahın izni ilə baş verirsə..." onda bunu  Allah belə istəmişdir?!

Xeyr, Allah belə istəməyib. Hər şeyin Allahın izni ilə olması, hər şeyi Allah istədiyi kimi insana yükləyir anlamına gəlmir. Əgər belə olsaydı, onda imtahan da olmazdı. Bu, eynilə bir müəllimin imtahan etmədən, tələbələrinə pis ya da yaxşı qiymət verməsinə bənzəyər.

İnanan hər insan bilir ki, Allah bizi imtahan edir. Heç kimə də ayrı-seçkintilik eləmir. Biz, Allahın bizə verdiyi seçimlə yaxşı iş də, pis iş də görə bilərik. Yaxşı işlər də pis işlər də Allahın izni/icazəsi ilə qəbul edilir. Nəticədə bu işlərə görə axirətdə mükafat ya da cəza alacağıq.

Qısacası; biz, öz azad seçimimizlə etdiyimiz işləri Allaha yükləyə bilmərik. Əksi təqdirdə məcusi, pütpərəst, yəhudi, xristian və ənənə dininin mənsubları kimi bir qəza-qədər anlayışına sahib olarıq.


Etiketlər:  Hər şey Allahın izni ilə baş verirsə zaman hər şey Allahın istəyi ilə olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ