Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Oskar mükafatına 10 kateqoriya üzrə namizədlərinin qısa siyahısını açıqladı

ABŞ Oskar mükafatına 10 kateqoriya üzrə namizədlərinin qısa siyahısını açıqladı

Tarix: 22 Dekabr 2023 06:52

Amerikanın Kino Sənəti Akademiyası 10 kateqoriya üzrə Oskar film mükafatlarına namizədlərin qısa siyahısını təqdim edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, siyahı cümə axşamı akademiyanın saytında dərc olunub.

"Ən yaxşı xarici bədii film" kateqoriyasında 15 film, o cümlədən yapon rejissoru Vim Vendersin "İdeal günlər", meksikalı rejissor Lila Avilesin "Totem" (TOTEM), ispaniyalı Xuan Antonio Bayonun "Qar cəmiyyəti", britaniyalı Conatan Qlazerin "Maraqlar zonası", ukraynalı rejissor Mstislav Çernovun "Mariupolda 20 gün" Mariupolda 20 gün, həmçinin Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Tunis, Mərakeşdən olan filmlər namizəddir.

Ən yaxşı musiqi kateqoriyasına "Barbie", "Oppenheymer", "Oğlan və quş", "İndiana Cons və taleyin çarxı", "Hörümçək adam: kainatların şəbəkəsi" daxildir.

"Ən yaxşı sənədli film" nominasiyasında ABŞ rejissoru Metyu Haynemanın "Amerika simfoniyası", amerikalı Madlen Qevin "Utopiyanın arxasında", çilili Meyt Alberdinin "Əbədi yaddaş", tunisli rejissor Kuter Ben Hanyanın "Olfun qızları" və digər ekran əsərləri daxildir.

Milli.Az


Etiketlər:  ABŞ Oskar mükafatına 10 kateqoriya üzrə namizədlərinin qısa siyahısını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ