Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” "Amerika" ilə oyundan nə qədər pul qazandı?

“Barselona”

Tarix: 22 Dekabr 2023 10:44

"Barselona" ilə Meksikanın "Amerika" klubu arasında yoldaşlıq oyunu başa çatıb. Dallasda (ABŞ) "Kotton Boul" stadionunda keçirilən görüş Meksika yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, "Barselona" Meksika klubu ilə matç sayəsində rəsmi olaraq 5 milyon avro qazanıb.

"Barselona"nın qollarını cinah müdafiəçisi Lamin Yamal və hücumçu Mark Giu vurub. "Amerika"nın hücumçuları Julian Quinones (dubl) və Enri Martin fərqlənib.

Xatırladaq ki, "Barselona"nın zədəli Mark-Andre ter Ştegen, İniqo Martines, Markos Alonso, Qavi, Pedri və Ronald Araujodan başqa bütün əsas oyunçuları Dallasa yollanıb.

Milli.Az


Etiketlər:  Barselona Amerika ilə oyundan qədər pul qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ