Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Azərbaycan Prezidentini təbrik edib

Zelenski Azərbaycan Prezidentini təbrik edib

Tarix: 22 Dekabr 2023 12:12

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.

Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Milli.Az


Etiketlər:  Zelenski Azərbaycan Prezidentini təbrik edib


RƏYLƏR