Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail polisi Qüdsdə “Haber Global”ın əməkdaşlarına silah tuşlayıb

İsrail polisi Qüdsdə “Haber Global”ın əməkdaşlarına silah tuşlayıb

Tarix: 22 Dekabr 2023 16:30

Qüdsdə İsrail polisi "Haber Global"ın əməkdaşlarına silah tuşlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
 
Bildirilib ki, "Haber Global"ın jurnalistləri Qüdsdə cümə namazı qılmaq istəyənlərə mane olmaq istəyən polisləri çəkmək istəyib. Polis isə media mənsublarına silah tuşlayaraq onları qorxutmaq istəyib.
 
Hüquq-mühafizə orqanları əməkdaşları müxbir Mehmet Altunışık və operator Serdar Altıntepenin işlərinə mane olmaq istəyiblər.
 
Polislər havaya atəş açıb, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.
 
Məlumata görə, onlar həm də yerli fələstinliləri evlərindən çıxmağa məcbur ediblər.
 
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Məlumata görə, indiyə qədər 1200 İsrail hərbçisi ölüb, 5 min 132 nəfər isə yaralanıb. Artıq Livandakı Hizbullah qruplaşmasının də savaşa qoşulmasına dair məlumat var.

Milli.Az


Etiketlər:  İsrail polisi Qüdsdə Haber Globalın əməkdaşlarına silah tuşlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ