Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 20:58
"Qəzzada baş verən humanitar faciəni unutmuram. Siyasi üfüqün yenidən açılması üçün Qəzzada atəşkəs üzərində işləmək lazımdır. Atəşkəsdən oğurlanan hər gün bölgənin gələcəyindən alınan bir gündür".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.
Makron vurğulayıb ki, İordan çayının qərb sahilində sülhü təhdid edən yəhudiləri cəzalandırmağın vaxtı gəlib.
Fransa liderinin bu açıqlaması xarici mətbuatda "gözlənilməz" kimi qiymətləndirilib.
O qeyd edib ki, Fransa bölgədəki münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.
"Husilərin Qırmızı dənizdə naviqasiya azadlığına təhdidləri qəbuledilməzdir" - deyən Makron bölgənin bir çox ölkələrində fransız əsgərlərinin olduğunu xatırladıb.