Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputatlar Yeni ili harada qarşılayacaq? – Kolxoz sədri deyiləm ki...

Deputatlar Yeni ili harada qarşılayacaq? – Kolxoz sədri deyiləm ki...

Tarix: 22 Dekabr 2023 21:56

Yeni ilə sayılı günlər qalıb. Bu ərəfədə insanlar bir-birinə əsasən "bayramı harada keçirəcəksən" sualını verir.

Bu dəfə musavat.com sualı deputatlarımıza ünvanlayıb.

Millət vəkilləri arasında keçirdiyimiz sorğunu təqdim edirik.

Fazil Mustafa: "Yeni ili Bakıda, evdə qeyd edəcəm".

Elman Nəsirov: "Yeni ili ailəmlə, Cəlilabadda valideynlərimlə keçirəcəm. 2 gün də Astarada olmağı planlaşdırıram. Öncədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə xalqımızı və mətbu orqanınızın hər bir üzvünü təbrik edirəm".

Vüqar İskəndərov: "Hər il olduğu kimi, bu il də Yeni ili seçildiyim, təmsil etdiyim Şəkidə ailəmlə birgə keçirəcəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Firavanlıq, çiçəklənmə arzu edirəm".

Vüqar Bayramov: "Yeni il bayramı ilə bağlı xüsusi bir planım yoxdur. Dekabrın 31-i Bakıda ailə üzvlərimlə Yeni il bayramını qeyd edəcəm. Hər hansı bir xarici ölkəyə getməyi, hətta Azərbaycanın rayonlarına belə səfər etməyi planlaşdırmıram. Yeni ili Bakıda, öz evimdə keçirəcəm".

Anar İsgəndərov: "Yeni ili rayonda seçicilərimlə keçirəcəm. Yeri gəlmişkən, dünən rayonda idim. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olduğuma görə prezident seçkiləri ilə əlaqədar Masallıda seçicilərimin yanında olacam".

Vahid Əhmədov: "Mən müalicə almalıyam. Yəqin ki, Yeni ildə müalicədə olacam. Ya ölkədə, ya da Türkiyədə müalicə alacam. Sonra Qubaya gedib seçicilərimlə görüşəcəm".

Aqil Abbas: "Mən heç vaxt planla iş görmürəm. Kolxoz sədri deyiləm ki, planla işləyəm. Yeni ili evimdə, ailəmlə, nəvələrimlə keçirəcəm. Mən bütün bayramları evimdə, ailəmlə keçirirəm. Ən gözəl istirahət evimdir".

Bəhruz Məhərrəmov sorğuda iştirak etmək istəmədiyini dedi.

Ceyhun Məmmədov isə parlamentin iclasında iştirak etdiyi üçün səs göndərəcəyini bildirsə də, nə səs gəldi, nə də yazdığımız mesaj oxundu.

Milli.Az


Etiketlər:  Deputatlar Yeni ili harada qarşılayacaq Kolxoz sədri deyiləm ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ