Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 20:28
UEFA-nın sabiq prezidenti Mişel Platini maaş borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, təşkilatın ona ümumilikdə 7.2 milyon avro (5.5 milyon avro əməkhaqqı borcu) ödəməsini istəyir.
Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Sonradan bu cəza 4 ilə qədər azaldılıb. və bu ilin oktybarında başa çatıb.