Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Türkiyədən hazır geyim idxalını artırıb

Rusiya Türkiyədən hazır geyim idxalını artırıb

Tarix: 23 Dekabr 2023 12:56

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Rusiyaya hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 91,7 faiz artıraraq 548,3 milyon dollara çatdırıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Rusiyaya hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 31 faiz azaldaraq 48,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 17,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 19,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Milli.Az


Etiketlər:  Rusiya Türkiyədən hazır geyim idxalını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ