Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 22:46
Rusiya Prezidenti Vladimir Putin aylardır ki, diplomatik kanallar vasitəsilə Ukrayna ilə təxminən iki il davam edən müharibədə atəşkəs rejimini müzakirə etməyə hazır olduğunu bildirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri Kremlə yaxın iki keçmiş yüksək rütbəli rus məmuruna, həmçinin Rusiya nümayəndələrindən mesaj alan ABŞ və beynəlxalq rəsmilərə istinadla məlumat yayıb.
İddiaya görə, 2022-ci ilin sentyabrında Putin Rusiya ordusunun ələ keçirdiyi ərazilərlə kifayətlənməyə hazır olduğu mesajını verib.
Mənbələr nəşrə bildiriblər ki, Rusiya qoşunları döyüş meydanında yenidən güc qazanarsa, Putin fikrini dəyişə bilər.