Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaşenko Prezidenti təbrik edib

Lukaşenko Prezidenti təbrik edib

Tarix: 24 Dekabr 2023 11:45

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Lukaşenko Prezidenti təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ