Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Superliqası: "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək

Türkiyə Superliqası:

Tarix: 24 Dekabr 2023 14:24

Bu gün Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı Arda Kardeşlər idarə edəcək. 43 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. "Fənərbağça" top fərqinə görə ilk sırada qərarlaşıb.

Bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə "sarı-qırmızılar" qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.

Milli.Az


Etiketlər:  Türkiyə Superliqası Fənərbağça Qalatasarayı qəbul edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR