Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2023 15:00
Altı AB ölkəsi hələ də Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Andrey Sibiqa deyib.
"27 AB ölkəsindən yalnız altısı birgə bəyanata imza atmayıb. Bunlar Avstriya, Xorvatiya, Polşa, Macarıstan, Slovakiya və Maltadır. Bəyannaməyə qoşulmaları üçün biz bu dövlətlərlə işləyirik", - Sibiqa bildirib.