Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xoşbəxt insanlarıq ki, xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu" - FOTO

Tarix: 25 Dekabr 2023 12:09

25 dekabr tarixində Azərbaycan Koopersiya Universitetində Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib.

Milli.Az xəbər verir ki, ümumi yığıncaq idarə heyətinin sədri və üzvlərinin, təşkilatın aparat əməkdaşlarının, Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətlərinin, həmçinin ölkəmizin tanınmış alimlərinin, ziyalılarının və gənclərin iştirakı ilə keçirilib.

Girişi şuranın sədri, millət vəkili, professor Eldar Quliyev açıb.

O öz çıxışında şuranın carimildəki fəaliyyətindən danışıb.

Sədr vurğulayıb ki, 35 min üzvü olan şura bu gün Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini zərurət hesab edir.

Ümumi yığıncaqda, həmçinin, Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının jesanatı dinlənilib.

Sonra tədbirdə Şuranın müavinləri və başqaları çıxış edərək bildiriblər ki təşkilatın hər bir üzvü qüdrətli, müasir, güclü Liderin- İlham Əliyevin uğurlu yolunun davam edtdirilməsini dəstəkləyir.

Ümumi yığıncağın sonunda cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinə dair Azərbaycan Ağsaqqalllar Şurasının Bəyantı qəbul olunub və tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bəyanatda deyilir:

"Azərbaycan Ağsaqqallar Şurası xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə daim öz töhfəsini verməyə çalışır. Ağsaqqal xeyir-duası hər bir azərbaycanlı üçün böyük məna daşıyır. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə hər zaman ehtiyac duyulub. Xalqımız həmişə müdrikliyə arxalanıb, tarixin ən həlledici anlarında müdrik seçimlər Azərbaycanı böyük bəlalardan qoruyub. 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində bu gün əldə olunan bütün uğurların təməlini qoyub.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub.

Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". 20 il əvvəl bu sözləri Ulu Öndər sanki bu günləri görərək deyirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir, o, "ata vəsiyyəti"ni yerinə yetirərək Şuşanı azad etdi. 3 ay öncə Xankəndini işğaldan azad etdi.

Bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır.

İlham Əliyev qalib xalqın qalib lideridir!

Biz ağsaqqallar 30 il əvvəli də, 20 il əvvəli də yaxşı xatırlayırıq, xalqımız necə iztirablar çəkirdi. Vətən, yurd nisgili, həsrəti ilə sıralarımızdan nə qədər insan bu dünyadan köçdü.

Biz xoşbəxt insanlarıq ki, bu günü gördük. Xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu. Bu gün Azərbaycan tarixində olmayan qədər qüdrətli dövlətdir!

Biz gənclərlə daim ünsiyyətdəyik, onlarla fəxr edirik! Sirr deyil ki, bu gün bəzi hallarda kənardan milli-mənəvi dəyərlərimiz hücuma məruz qalır, yad ünsürlər gənclərimizi təsir altına salmağa, onların gözündə tarixi keçmişimizi, Vətənimizi, dövlətçiliyimizi təhrif etməyə çalışırlar. Ancaq heç nəyə nail ola bilmirlər. Çünki bu gənclik Prezident İlham Əliyevin dövründə yetirişib, bu gənclik Qarabağ uğrunda canını, qanını verib.

Azərbaycanda yaşlı nəsil də, gənc nəsil də bir yerdədir, bütün xalqımız Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bir yumruq kimi birləşib. Bu dəmir yumruğun gücünü 44 günlük Vətən müharibəsi göstərdi.

Bundan sonra Azərbaycanı ancaq qələbələr gözləyir. Tam müstəqil siyasət, tam ərazi bötövlüyü, tam suverenlik, güclü iqtisadiyyat, böyük intellektual potensial, insan resursları və ağıllı, çevik idarəçilik - budur, İlham Əliyevin yaratdığı Azərbaycan!

İlham Əliyev Azərbaycan xalqının milli lideridir. Biz ağsaqqallar, Sizinlə fəxr edirik, cənab Prezident!

35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi Yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edir. Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur!

Biz daim Sizinləyik, cənab Prezident!"

Milli.Az


Etiketlər:  Xoşbəxt insanlarıq ki xalqımızın dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu FOTO


RƏYLƏR