Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 13:18
"Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tərəflər yol xəritəsi müəyyən edib".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Naser Kənani brifinqdə deyib.
"Tezliklə Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsinin şahidi olacağıq", - deyə Kənani qeyd edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.