Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real Madrid”ə Arda Gülerlə bağlı yeni il "hədiyyəsi"

“Real Madrid”ə Arda Gülerlə bağlı yeni il

Tarix: 25 Dekabr 2023 14:20

"Real Madrid" azarkeşlərinin gözlədiyi yeni il hədiyyəsi Arda Güler olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, futbolçunun zədəsi tamamilə sağalıb. "Mundo Deportivo"nun məlumatına görə, Arda Güler əsas heyətdə yer almağa tam hazır formadadır. Məlumata görə, 3-cü zədəsindən sonra tam sağalan Arda Gülerin oyunlarda əvvəlcə 20 dəqiqə şans əldə edəcəyi daha sonra isə bu vaxtın artacağı nəzərdə tutulub. Bununla Ardanın əzələ toplamasını təmin etməkdir.

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə transfer olandan sonra 3 dəfə zədələnib və indiyə qədər əsas heyətdə yer almayıb.

Milli.Az


Etiketlər:  Real Madridə Arda Gülerlə bağlı yeni il hədiyyəsi


RƏYLƏR