Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

Tarix: 26 Dekabr 2023 00:20

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin "Fomget" klubundan ayrılıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. 

Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq. Klub mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Fomget" Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub. 


Etiketlər:  Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ