Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu itki istənilən ölkəni dayandıra bilər, ancaq Rusiya...

Bu itki istənilən ölkəni dayandıra bilər, ancaq Rusiya...

Tarix: 27 Dekabr 2023 09:00

Rus işğalçılar Ukraynaya qarşı müharibədən əl çəkənə qədər onları itkilərə məruz qoymaqda davam etməliyik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib.

Zalujnı qeyd edib ki, cəbhədə rus hərbçilərin cəsədləri üst-üstə yığılıb qalıb, lakin qarşı tərəf hərbçilərin cəsədlərini götürməyə belə cəhd göstərmir:

"Artıq bir dəfə demişdim ki, bu, mənim əsas səhvlərimdən biridir, inanırdım ki, hətta bir il əvvəl düşmənə verdiyimiz itkilərlə müharibəni dayandırmaq olar. Bu qədər itkilər istənilən ölkəni dayandıra bilər, amma mən başa düşürəm ki, bu, Rusiya Federasiyası deyil".

Zalujnı əlavə edib: "Onlar hər gün daha çox görünürlər və təəssüf ki, Rusiya Federasiyasının öz xalqına münasibəti belədir".

Milli.Az


Etiketlər:  Bu itki istənilən ölkəni dayandıra bilər ancaq Rusiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ