Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O, öləndə küsülü imişlər... - FOTO

O, öləndə küsülü imişlər... - FOTO

Tarix: 27 Dekabr 2023 14:15

Əməkdar artist Suğra Bağırzadə ilk dəfə mərhum sənətçi, dostu Firəngiz Rəhimbəyova ilə küsülü olmasından danışıb.

Sonxeber.net olay-a istinadən yazır ki, bu barədə aparıcı Hüseyn Cavadzadə məlumat yayıb. O bildirib ki, sənətçi "Yüz ilin sirləri"ninin növbəti buraxılışında açıqlama verib:

"Ağrılı mövzudur...Sevdiyin dostunla vidalaşa bilməmək... Bu gün bizim ofisə Əməkdar artist, uşaqlıqdan "Cücələrim" ifası, "Ulduz" filmindəki obrazı ilə sevilən kübar aktrisa Suğra Bağırzadə qonaq gəlmişdi. Mövzu Firəngiz Rəhimbəyova idi. Suğra xanım və Firəngiz xanım 1980-ci ildən başlayaraq 30 il ərzində ən yaxın rəfiqə olublar. O qədər yaxın ki, səfərlərdə uşaqlarını bir-birinə etibar ediblər. Ən səmimi sirlərini bölüşüblər. Suğra xanım bəlkə 3-4 dəfə yaxın rəfiqəsini görməyə Amerikaya gedib. Amma həyat elə gətirib aralarında yaşanan bir anlaşılmazlıq səbəbindən münasibətləri pozulub. Bu sferada onları ayrılmaz dostlar kimi tanısalar da, Suğra xanım xüsusən bu mövzudan qaçırdı. Firəngiz xanımın vəfatından sonra onunla bağlı mediaya bütün müsahibələrdən imtina etmişdi. Ama bizə danışdı, incikliyini, niskilini, sevgisini, dostluğunu... Uzun 10 illər görüşməməyinə baxmayaraq bu gün "Yüz ilin Sirlərin"ə ən yaxın rəfiqəsinin xatirəsini anmağı özünə borc bildi".


Etiketlər:  öləndə küsülü imişlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ