Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2023 16:10
Rusiyanın "Səhər poçtu" proqramının keçmiş aparıcısı və Alla Puqaçovanın dostu Yuri Nikolayev Primadonnanın ölkəni tərk etməsindən danışıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Yuri Nikolayev buna görə kədərləndiyini dilə gətirib.
Onun sözlərinə görə, Maksim Qalkin Puqaçovanı ölkədən getməyə sövq edib.
"Əvvəllər Alla Puqaçova iyerarxiyanın bütün səviyyələrində sevilirdi. İndi isə... Onun getməsi təəssüf doğurur... Amma görünür, Qalkin onu buna sövq edib", - deyə Nikolayev Andrey Malaxovla söhbətində bildirib.
O əlavə edib ki, Puqaçova üçün təəssüflənir, lakin heç kimi qınamaq fikrində deyil.
Xatırladaq ki, dekabrın 24-də Puqaçova və Qalkin evliliklərinin 12 illiyini qeyd ediblər. Eyni zamanda Puqaçova etiraf edib ki, onlar tanış olduqdan dərhal sonra, hələ 2001-ci ildə görüşməyə başlayıblar.