Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kirkorov Yeni il şoularından uzaqlaşdırıldı

Kirkorov Yeni il şoularından uzaqlaşdırıldı

Tarix: 27 Dekabr 2023 22:55

Rusiya telekanalları Xalq artisti Filipp Kirkorovu aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partidə iştirakından sonra yeni il şoularından uzaqlaşdırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı ilk qərarı NTV verib. Kanalın rəhbərliyi "Maska" şousunun Kirkorovsuz alternativ variantının hazırlanmasını tələb edib.

TNT kanalı isə "İvan Vasilyeviç hər şeyi dəyişir" Yeni il komediyasının afişasından onun şəklini çıxarıb. Dəyişikliklər həm kanalın saytında, həm də kinoteatrda olub.

Xatırladaq ki, İvleyevanın təşkil etdiyi çılpaq parti dekabrın 21-nə keçən gecə baş tutub. Tədbir qonaqları şənliyə demək olar ki, çılpaq gəlib. partidən qəzəblənən ictimai fəallar hadisədən şikayətləniblər. Onlar tədbir iştirakçılarının əsas televiziya kanallarında çıxışına qadağa qoyulmasını tələb ediblər.

Milli.Az


Etiketlər:  Kirkorov Yeni il şoularından uzaqlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ