Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2023 16:33
"Fransanın Azərbaycandakı Səfirliyinin iki diplomatı "persona non grata" elan edilib. Bundan 2 gün əvvəl Fransa Səfirliyinə nota göndərilib, onlar barəsində ciddi faktların olduğu və ciddi araşdırma aparılmasının zərurəti bildirilib".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, lakin Fransa Səfirliyi bunu inkar edib. Nəticədə səfir dəvət edilib və Azərbaycan ərazisində qanunsuz işlərlə məşğul olan şəxslərlə bağlı səfirə etiraz edilib, onların "persona non grata" elan edilmələri barədə məlumat verilib: "Dünən heç bir əsas gətirilmədən, dəlilsiz olaraq Leyla Abdullayeva Fransa XİN-ə dəvət edilib və qarşılıqlılıq prinsipi əsasında bizim iki diplomatımızın arzuolunmaz şəxs elan olunması bildirilib. Bizim və Fransanın addımları arasında fərq var. Biz dəlillərlə danışırıq və açıq araşdırmanın aparılmasını təklif etdik".