Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stəkanın üzərindəki loqoya görə işdən qovulan aparıcı açıqlama verdi: “Məndən də dinləyin” - FOTO

Stəkanın üzərindəki loqoya görə işdən qovulan aparıcı açıqlama verdi: “Məndən də dinləyin” - FOTO

Tarix: 28 Dekabr 2023 18:50

Türkiyənin "TGRT Haber" telekanalının aparıcısı, "Starbucks" qəhvə şəbəkəsinin loqosu olan stəkanla efirə çıxdığı üçün rejissorla birlikdə işdən qovulan Meltem Günay məsələ ilə bağlı açıqlama verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Bir də məndən dinləyin", - deyə aparıcı özünün "X" hesabında paylaşım edib.

Meltem Günay açıqlamasında baş verənlərə görə peşman olduğunu dilə gətirib.

"Bir anlıq səhv ucbatından ekran qarşısında yaşadığım xoşagəlməz hadisə ilə bağlı qəlbi qırılan insanlardan səmimi şəkildə üzr istəyirəm.

Çox təəssüf edirəm...

Yazılanları səbirlə, bacardığım qədər soyuqqanlılıqla oxudum. Dərindən nəfəs aldım və indi cavab verirəm.

Mən 27 ilimi bu işə sərf etmişəm və bir gün belə olsa, dövlətimin, millətimin vicdanına toxunacaq bir söz deməmişəm. Dövlətimin, millətimin həssaslıq göstərdiyi mövzular hər zaman prioritetim olub.

27 illik karyeramın son 14 ilini TGRT xəbər çətiri altında keçirmişəm və nə ekranda, nə də ekrandan kənarda qurum haqqında bircə kəlmə də mənfi söz deyilməsinə imkan verməmişəm. Bəs mən belə bir səhvi necə etdim?

Bu sizin kimi, mənim yaxın ətrafımın da verdiyi sualdır. Verəcəyim ən səmimi cavab isə budur ki, insanam, stəkanı stolun üzərində unutmuşam, sadəcə bu qədər", - deyə aparıcı qeyd edib.

Xatırladaq ki, hadisə sosial mediada gündəm olandan sonra "TGRT Haber" telekanalı sosial media hesablarında bununla bağlı açıqlama verib.

"TGRT Haber"in 24.12.2023-cü il tarixli xəbər buraxılışında aparıcılıq edən Meltem Günay qarşısında "Starbucks" stəkanı ilə yayım edib. Qurumumuzun prinsiplərinə uyğun olaraq, hər hansı bir şirkətin gizli şəkildə reklamı qəti qadağandır. Bu prinsipə zidd hərəkət edən xəbər aparıcısı və rejissorun işinə haqlı olaraq xitam verilib", - deyə açıqlamada bildirilib.

Qurumdan, həmçinin bu qərarın Qəzza zolağında baş verən hadisələrlə bağlı olduğu bildirilib. Belə ki, "Starbucks" İsrailə dəstək verdiyi üçün boykot edilən şirkətlər arasında yer alır.

Milli.Az


Etiketlər:  Stəkanın üzərindəki loqoya görə işdən qovulan aparıcı açıqlama verdi Məndən dinləyin FOTO


RƏYLƏR