Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırov “Çılpaq gecə”nin iştirakçılarına dəvət göndərdi

Kadırov “Çılpaq gecə”nin iştirakçılarına dəvət göndərdi

Tarix: 28 Dekabr 2023 19:28

Çeçenistan rəhbəri Ramzan Kadırov bloger Nastya İvleyevanın "Çılpaq gecə" şousunun iştirakçılarını Qudermesdəki Xüsusi Təyinatlılar Universitetində xidmət və məşq keçməyə dəvət edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kadırov özünün Teleqram kanalında yazıb.

"Beləliklə, gecə iştirakçıları ölkə üçün çətin bir dövrdə vətənpərvərlik və empatiya nümayiş etdirə, rus vətənpərvərlərə hansı prinsiplərin rəhbərlik etdiyini başa düşə və onları ruhlandıra biləcəklər. Rusiya Xüsusi Təyinatlılar Universitetində təcrübə faydalı və maraqlı olacaq. Hər kəsi bağışlamaq olar, əsas odur ki, səmimiyyət sözdə deyil, real əməllərdə olsun".

Qeyd edək ki, teleaparıcı Anastasiya Nastya İvleyevayanın qalmaqallı "Çılpaq gecə"sində tanınmış aparıcı Kseniya Sobçak və xalq artisti Filif Kirkorov da olub. Bu addımına görə Kirkorovun "xalq artisti" titulundan məhrum edilməsi təklifi səsləndirilir.


Etiketlər:  Kadırov Çılpaq gecənin iştirakçılarına dəvət göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ