Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vinisiusun oğurlanmış formasına görə millidən kənarda qaldı

Vinisiusun oğurlanmış formasına görə millidən kənarda qaldı

Tarix: 28 Dekabr 2023 19:54

Portuqaliyanın "Arouka" və Qvineya millisinin yarımmüdafiəçisi Morlaye Silla Afrika Millətlər Kuboku üçün milli komandaya daxil edilməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Corc Addo məlumat yayıb.

Mənbənin məlumatına görə, Silla yoldaşlıq görüşündən (1-4) sonra Braziliya millisinin oyunçusu Vinisiusun formasının oğurlanmasında komanda yoldaşlarını və texniki heyəti ittiham edib. Bundan sonra o, millidən kənarda qalıb.

Qeyd edək ki, iyun ayında keçirilən oyundan sonra "Real Madrid"in futbolçusunun forması soyunub-geyinmə otağından yoxa çıxıb.

Afrika Millətlər Kubokunda Qvineya Kamerun (15 yanvar), Qambiya (19 yanvar) və Seneqal (23 yanvar) milli komandaları ilə qrup mərhələsində oynayacaq. 

Turnirin özü 2024-cü il yanvarın 13-dən fevralın 11-dək Kot-d'İvuarda keçiriləcək.

Milli.Az


Etiketlər:  Vinisiusun oğurlanmış formasına görə millidən kənarda qaldı


RƏYLƏR