Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən bahalı 10 müdafiəçisinin adları açıqlandı

Dünyanın ən bahalı 10 müdafiəçisinin adları açıqlandı

Tarix: 29 Dekabr 2023 03:32

"Transfermarkt" portalı dünyanın ən bahalı 10 müdafiəçisinin adlarını açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, İngiltərənin "Mançester Siti" klubundan Yoşko Qvardiol və onun komanda yoldaşı Ruben Diaş ilk 1-2-ci pillələri bölüşdürürlər.

Hər iki oyunçunun qiyməti 80 milyon avro göstərilib. "Arsenal"dan Uilyam Saliba (75 milyon avro) ilk "üçlüy"ü qapayır.

Almaniyanın "Bavariya" komandasından Alfonso Deyvis, İspaniya "Barselona"sından Ronald Arauxo, "Real"dan Eder Militao və İngiltərənin "Liverpul" kollektivindən Trent Aleksander-Arnold (hamısı 70 milyon avro) növbəti sıraları bölüşdürürlər.

"Bavariya"dan Mattiys De Liqt, İngiltərə təmsilçisi "Tottenhem"dən Kristian Romero və Fransa çempionu PSJ-dən Əşrəf Hakimi (hamısı 65 milyon avro) "10-luğ"u tamamlayırlar.

Milli.Az


Etiketlər:  Dünyanın ən bahalı 10 müdafiəçisinin adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ