Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalmaqallı serialla bağlı qərar verildi

Qalmaqallı serialla bağlı qərar verildi

Tarix: 29 Dekabr 2023 05:32

Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncalar" serialından "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şura ekran işi ilə bağlı qərarını açıqlayıb. 

Bildirilib ki, qurum məzhəblərin və camaatın iç üzünü uydurma şəkildə izah edən serialın "milli və milli mənsubiyyətə" zidd olduğunu əsas gətirərək 3 faiz inzibati cərimə və iki proqramın dayandırılması cəzası vermək qərarı alıb.

Qeyd edək ki, ekran işindəki bəzi dini nüanslarla bağlı  "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət edilmişdi. Həmçinin, bir müddət əvvəl ekran işinin afişasına hücum edərək üzərinə qara boya sıxıblar. Bir çox məkan isə çəkilişlərin orada aparılmasından imtina edib.

Serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır.

Milli.Az


Etiketlər:  Qalmaqallı serialla bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ