Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dibalanın əvəzinə ''Qalatasaray''ın ulduzu

Dibalanın əvəzinə ''Qalatasaray''ın ulduzu

Tarix: 30 Dekabr 2023 09:38

İtaliyanın "Roma" klubu "Qalatasaray"ın futbolçusu Hakim Ziyeşi transfer etmək istəyir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, klub Paulo Dibalanı mərakeşli ulduz ilə əvəzləmək istəyir. İtaliya klubu mövsümün sonunda Hakim üçün hərəkətə keçəcək və "Cim-Bom"a 5-8 milyon arası bir məbləğ təklif edəcək.

Qeyd edək ki, cari mövsümün sonunda Hakim Zeyişin "Çelsi" klubu ilə müqaviləsinin müddəti başa çatacaq. "Qalatasaray" klubunun oyunçu ilə müqaviləsində birbaşa müqavilə bağlamaq seçimi var. Bu üstünlüyə görə, futbolçu ilə sözləşmə imzalayıb, daha sonra onu sata bilər.

Ziyeş cari mövsüm "Qalatasaray"la 14 oyuna çıxıb, 4 qol və 2 assistə imza atıb.

Milli.Az


Etiketlər:  Dibalanın əvəzinə Qalatasarayın ulduzu


RƏYLƏR