Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir gecədə baş verənlər: Ərəblərin Atatürk fobiyası, təxirə salınmış oyun, xəstəxanaya aparılan prezident

Bir gecədə baş verənlər: Ərəblərin Atatürk fobiyası, təxirə salınmış oyun, xəstəxanaya aparılan prezident

Tarix: 30 Dekabr 2023 09:42

29 dekabr saat 21:45-də baş tutmalı olan "Qalatasaray" - "Fənərbağça" oyunu təxirə salınaraq gündəm oldu.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, oyundan saatlar öncə Səudiyyə Ərəbistanı türklərə (klub və azarkeşlər) Mustafa Kamal Atatürkün şəkli əks olunan pankart, banner və formalarla meydana çıxa bilməyəcəklərini bildirib. Matçın başlaması nəzərdə tutulan vaxta dəqiqələr qalsa da, start heyətlər açıqlanmayıb, komandalar stadiona gəlməyib. Stadiondakı azarkeşlər "Mustafa Kamal Atatürkün əsgərləriyik" deyə qışqıran zaman səsucaldanlardan musiqi səsi yüksəlib. 
 
 Bunun ardınca Türkiyə Gənclər və İdman naziri Osman Aşkın Bak, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, "Fənərbağça" prezidenti Ali Koç və "Qalatasaray" rəhbəri Dursun Özbek arasında gedən danışıqlar nəticəsində komandalar İstanbula qayıtmaq qərarı alıb. Klublar və TFF ortaq bəyanat yayaraq, oyunun gələcək tarixə təxirə salındığını açıqlayıblar.
 
TFF prezidenti Mehmet Büyükekşinin vəzifəsindən istefa verdiyi ilə bağlı xəbərlər yayılsa da, qurum rəsmiləri tərəfindən bu məlumatlar yalanlanıb. Lakin gecə ikən funksionerin vəziyyəti pisləşib və qaldığı hotelə təcili tibbi yardım maşını çağırılıb.


Etiketlər:  gecədə baş verənlər Ərəblərin Atatürk fobiyası təxirə salınmış oyun xəstəxanaya aparılan prezident


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ