Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sergen Yalçın Şahruddinin baş məşqçisi olacaq?

Sergen Yalçın Şahruddinin baş məşqçisi olacaq?

Tarix: 30 Dekabr 2023 14:44

Patrik Klyuverti istefaya göndərən Türkiyənin "Adana Demirspor" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Super Liqa təmsilçisini çalışdırmağa ən real namizəd Sergen Yalçındır.

"Mavi şimşəklər"in rəhbərliyi dünən İstanbulda 51 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında 1,5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.

Sergen Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb. O, məşqçilik karyerası ərzində daha əvvəl "Qaziantepspor", "Sivasspor", "Kayserispor", "Eskişehirspor", "Konyaspor", "Alanyaspor" və "Yeni Malatyaspor"da işləyib.

Qeyd edək ki. Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da çıxış edir.

Milli.Az


Etiketlər:  Sergen Yalçın Şahruddinin baş məşqçisi olacaq


RƏYLƏR