Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Surə Rüfətin İzmirdə solo konserti təşkil olunub - FOTO

Surə Rüfətin İzmirdə solo konserti təşkil olunub - FOTO

Tarix: 30 Dekabr 2023 16:33

Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının  şagirdi beynəlxalq və respublika müsabiqələr laureatı, Əməkdar müəllim, Professor Fatimə İdyatulinanın sinfində təhsil alan Surə Rüfətin Türkiyənin  İzmir şəhərində Ege Universitetinin Dövlət Türk Musiqisi Konservatoriyasında solo konserti təşkil olunmuşdur.

Professor Özge Gülbey və koordinator Zəminə Babayeva Yalçın tərəfindən təşkil olunan konsert Türkiyə Cümhuriyyətin və  Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmişdir.

2022-ci ilin  may ayında İzmir şəhərində "Suat Taşer Açıkhava Tiyatrosu" və Ege Universitetinin Dövlət Türk Musiqisi Konservatoriyasında "Gənclərə dəstək" layihəsinin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü ilə təşkil olunan konsertlərdə, uğurlu çıxışın nəticəsi olaraq professor Özgə Gülbey tərəfindən dəvət olunan Surə Rüfətin 2023-cü ildə 3-cü solo-konserti keçirildi. Konsertdə qonaq qismində İncəsənət Qimnaziyasının şagirdi beynəlxalq və respublika müsabiqələr laureatı  Cəlalə İsmayılzadə  çıxış etmişdir. Azərbaycan Milli Konservatoriyanın Baş müəllimi Svetlana Əhmədovanın müşayiəti ilə tədbirdə azərbaycan, türk və qərbi avropa bəstəkarların musiqi inciləri yüksək səviyyədə ifa edildi.

Milli.Az


Etiketlər:  Surə Rüfətin İzmirdə solo konserti təşkil olunub FOTO


RƏYLƏR