Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir - RƏYLƏR

Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir - RƏYLƏR

Tarix: 10 Noyabr 2019 08:03

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov “Bir kəmər, bir yol” layihəsini olduqca əlverişli layihə hesab edib.

O qeyd edib ki, “Bir kəmər, bir yol” (One Road One Belt) layihəsi Tarixi İpək Yolunun bərpasına hədəflənib.

Deputatın sözlərinə görə, bu layihə Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edəcək. Bu isə öz növbəsində Çinin dünya iqtisadiyyatındakı dominant rolunu daha da artıracaq.

Azərbaycanın layihəyə verdiyi töhfənin danılmaz olduğunu vurğulayan C.Osmanov bildirib ki, Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır.

Milli Məclisin deputatı Tahir Rzayev isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırması və bir sıra əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə olan marağını daha da artırıb:

“Çin və Azərbaycan arasında imzalanmış müqavilələr və artan ticarət dövriyyəsi iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu münasibətlər qarşılıqlı fayda və dostluq prinsipləri əsasında qurulub. Çin Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük investisiyalar yatırmaqla yanaşı, ölkəmizə qeyri-neft sektoru məhsullarının ixracı üçün özünün geniş bazarlarını açır. Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük nailiyyətlər əldə etdikcə Çin-Azərbaycan münasibətlərinin inkişafı daha sürətlənəcək və daha geniş miqyasa malik olacaq. Çin-Azərbaycan münasibətlərində baş verən inkişaf iki ölkə arasında ticarət dövriyyəsinin də artmasına səbəb olub. Bunun nəticəsidir ki, artıq Çin Azərbaycanın 4 ən böyük ticarət tərəfdaşından biridir”.

T.Rzayev əlavə edib ki, son illərdə Ələtdə Beynəlxalq Limanın və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, ölkəmizi Mərkəzi Asiyanı qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə şimalla birləşdirən nəqliyyat qovşağına çevirir.

Deputat bu fikirdədir ki, Azərbaycanın planlaşdırılan bütün nəqliyyat infrastruktur layihələrini uğurla həyata keçirməsi, “Bir kəmər, bir yol” layihəsi ölkəmizə etibarlı tərəfdaş imici qazandırıb: “Müasirləşən nəqliyyat infrastrukturu, sabit və davamlı inkişaf edən sosial-iqtisadi vəziyyət və coğrafi cəhətdən spesifik ərazidə yerləşmə ölkəmizi Çinin regionda əsas tərəfdaşına çevirir:

"Adı çəkilən layihə çərçivəsində ölkəmizin qazanacağı iri həcmli gəlirlər Azərbaycanın daha da inkişaf etməsinə və qlobal ticarətdə önəmli tranzit ölkəyə çevrilməsinə yol açacaq. Bu faktor geosiyasi proseslərdə Azərbaycanın tədricən sözünün çəkisinin artmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Şərq Qərb nəqliyyat dəhlizinin kilid parçasına çevrilir RƏYLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ