Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcavüzdə ittiham olunan aktyorun müdafiəsinə qalxdılar

Təcavüzdə ittiham olunan aktyorun müdafiəsinə qalxdılar

Tarix: 31 Dekabr 2023 11:10

Aktyor Pyer Rişar və müğənni Karla Bruni də daxil olmaqla  49 aktyor və mədəniyyət xadimi dəfələrlə təcavüzdə günahlandırılan Jerar Depardyenin müdafiəsinə qalxıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məktubu "Le Figaro" qəzeti dərc edib.

Orada deyilir ki, bütün aktyorların ən böyüyünə qarşı media kampaniyası təqsirsizlik prezumpsiyası prinsipinə qarşı aparılır və incəsənətə hücumdur:

"Biz artıq ona yönəlmiş linç və nifrət selini səssizcə seyr edə bilmərik", - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, ispan jurnalist Rut Basa, fransalı aktrisa Elen Darras və ən azı 13 digər qadın Depardyeni cinsi təcavüzdə ittiham edib.

Xatırladaq ki, tanınmış fransız aktyoru Jerar Depardyeni zorlamada ittiham edən aktrisa Emmanuel Debever intihar edib. Aktrisanın ölümü onun Depardye ilə bağlı qalmaqalından bəhs edən "Əlavə araşdırma" sənədli filminin yayımlandığı günə təsadüf edib.

Milli.Az


Etiketlər:  Təcavüzdə ittiham olunan aktyorun müdafiəsinə qalxdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ