Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pulsuz prosedur hədiyyə qazanan qadın həyatı kabusa çevrildi

Pulsuz prosedur hədiyyə qazanan qadın həyatı kabusa çevrildi

Tarix: 31 Dekabr 2023 12:02

Son zamanlar plastik cərrahiyyə çox populyarlaşıb. Görünüşündə kiçik dəyişikliklər etmək istəyənlər dərhal plastik əməliyyata müraciət edirlər.

Gözəllik standartlarına cavab vermək və ya xoşbəxt hiss etdikləri bədəndə olmaq üçün ağlasığmaz estetik prosedurlar mövcuddur. Ən məşhur prosedurlardan biri də dodaq dolğusudur.

Milli.Az sfera.az-a istinadən bildirir ki, bir həkimin onlayn təşkil etdiyi Giveaway yarışında pulsuz dodaq dolğusu prosedurunu qazanan sosial media fenomeni həyatının peşmanlığını yaşayıb. Gənc qadının dodaqları dəhşətli forma alıb və az qala üzünün yarısını örtüb.

Daha dolğun dodaqlar istəyən insanlar dodaq dolğusuna üstünlük verirlər, ancaq bu, çox həssas bir prosesdir.

Populyar və təhlükəsiz bir prosedur olsa da, nəzarət edilən yerdə mütəxəssislər tərəfindən həyata keçirilməsi həyati əhəmiyyət kəsb edir.

Bunun vacibliyini göstərən hadisə TikTok fenomeni olan gənc qadının başına gəlib.

Sosial media fenomeni Jessica Burko da həyatının ən qorxulu təcrübəsini yaşayıb.

Daha əvvəl 6 dəfə dodaq dolğusu etdirən gənc və gözəl qadın sonuncunda qorxulu fəsad yaşayıb.
Həkimin keçirdiyi Giveaway-də pulsuz dodaq dolgusu qazanan Burko bundan yararlanmağa qərar verib.

Burko: "Açığı, mən nəyin səhv olduğunu başa düşmədim. Dodaqlarımı bir neçə dəfə düzəltdirmişdim"-deyir.
Burko, prosedurdan sonra güzgüyə baxan kimi dodaqlarının nə qədər şişdiyini hiss etdiyini bildirib.

"Düşündüm ki, bəlkə də bir ilə yaxın dodaqlarımı düzəltmədiyim üçün olub. Maşınıma çatanda nəyinsə səhv olduğunu başa düşdüm".
Həkim otağına qayıtdığını bildirən fenomen ona nəyinsə düz olmadığını bildirib.

Dodaqları isə getdikcə daha da pisləşib.

Bundan sonra gənc qadın dolğunu əritmək qərarına gəlib. Xoşbəxtlikdən gənc qadının dodaqları normala dönüb.

Yaşadıqlarından sonra Burko izləyicilərinə pulsuz hədiyyələrdən şirniklənməmək barədə xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  Pulsuz prosedur hədiyyə qazanan qadın həyatı kabusa çevrildi


RƏYLƏR