Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Android telefonları üçün “ChatGPT”ə bənzər yeni tətbiq – Pulsuzdur

Android telefonları üçün “ChatGPT”ə bənzər yeni tətbiq – Pulsuzdur

Tarix: 31 Dekabr 2023 15:32

"Microsoft" şirkəti ChatGPT"ə bənzər yeni "Copilot" tətbiqini Android smartfonları üçün işə salıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni proqram hər kəs üçün pulsuzdur və hətta qeydiyyat tələb etmir. Hələ ki, onun iOS üçün versiyası yoxdur. Çox güman ki, bir müddət sonra onlar üçün də əlçatan olacaq. 

"ChatGPT" ilə eyni neyroşəbəkə texnologiyaları üzərində işləyən chatbot, DALL-E 3-dən istifadə edərək üç fərqli üslubda söhbətlər apara, lazımi məlumatları mənbələrə keçidlərlə axtara və şəkillər yarada bilər.

"Copilot"u işə saldığınız zaman sorğu daxil edə və ya AI köməkçisi ilə söhbət edə biləcəyiniz söhbət pəncərəsi görünür. Xidmət həmçinin məktubların tərtib edilməsində, mürəkkəb və uzun mətnlərin ümumiləşdirilməsində, çoxdilli tərcümədə və s. işlərdə kömək etmək üçün nəzərdə tutulub.

Hazırda "Copilot" tamamilə pulsuzdur , "OpenAI" isə "ChatGPT"nin bir hissəsi kimi GPT-4-ə daxil olmaq üçün ayda 20 dollarlıq ödənişli abunə tələb edir. Bundan əlavə, siz "Microsoft" hesabına daxil olmadan "Copilot" ilə əlaqə saxlaya bilərsiniz.

Milli.Az


Etiketlər:  Android telefonları üçün ChatGPTə bənzər yeni tətbiq Pulsuzdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ