Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”a şok xəbər: Onun zədəsi gec sağalacaq

“Real”a şok xəbər: Onun zədəsi gec sağalacaq

Tarix: 31 Dekabr 2023 19:12

"Real"ın müdafiəçisi David Alaba, çarpaz bağın yırtılmasından əlavə, menisk və qığırdaqlarını da zədələyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez de Mont X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, qığırdaqları bərpa etməyə çalışmaq, toxumalara qan axınını sürətləndirmək üçün mikropunkturlar edilib. Bu səbəbdən Alabanın sağalması bir az uzun çəksə də, futbolçunun karyerası üçün daha yaxşı olacaq.

Alaba İspaniya çempionatının 17-ci turunun "Vilyarreal"la matçında (4:1) onun çarpaz bağları yırtılıb. Onun yalnız mövsümün gedişində komandaya qoşulacağı bildirilri.

Milli.Az


Etiketlər:  Reala şok xəbər Onun zədəsi gec sağalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ