Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna, Tramp, Bayden və Mask: kimin üzü güləcək, kimlər "qan ağlayacaq"? - PROQNOZ

Ukrayna, Tramp, Bayden və Mask: kimin üzü güləcək, kimlər

Tarix: 31 Dekabr 2023 22:30

Donald Tramp ABŞ prezidenti olmayacaq və İlon Maskın "X" sosial şəbəkəsi müflis olacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2024-cü il üçün belə proqnozları "The Financial Times" qəzeti verib.

Qəzet Qərbin Ukraynaya yardımının davam edəcəyini, lakin Ukrayna Silahlı Qüvvələrinin heç bir uğur əldə edə bilməyəcəyini də proqnozlaşdırıb.

Materialda deyilir ki, keçmiş prezident Donald Tramp prezidentlik yarışında qalib gəlməyəcək və ölkəyə yenidən Co Bayden rəhbərlik edəcək. Bundan əlavə, müəlliflər keçmiş prezidentin ən azı bir cinayət işi üzrə mühakimə olunacağını istisna etmirlər.

Məqalədə deyilir: "Ukrayna, çox güman ki, hələ də hərbi irəliləyiş əldə etməkdə çətinlik çəkəcək və Moskva ilə danışıqlar aparmaq üçün artan təzyiqlə üzləşəcək".

Bununla yanaşı, analitiklər Yaxın Şərqdəki münaqişənin regionda genişmiqyaslı müharibəyə çevrilə biləcəyinə inanmırlar. Çinin Tayvana hücumu da 2024-cü ildə gözlənilmir.

Milli.Az


Etiketlər:  Ukrayna Tramp Bayden Mask kimin üzü güləcək kimlər qan ağlayacaq PROQNOZ


RƏYLƏR