Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol Yeni il müraciətində xalqdan üzr istədi

Nikol Yeni il müraciətində xalqdan üzr istədi

Tarix: 1 Yanvar 2024 09:34

Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il müraciətində xalqdan üzr istəyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, əvvəlcə iqtisadi yüksəlişdən, maaşların artmasından, rifahdan danışan baş nazir daha sonra keçilən və qarşıda duran sınaqlardan bəhs edib.

"Biz bu yolun böyük hissəsini keçmişik, lakin qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmamışıq və müstəqil dövlətə sahib olmaq və o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik.

Mən həmçinin son illərdə yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistan Respublikasının bütün vətəndaşlarından, Qarabağdan qaçqın düşmüş bütün qardaş və bacılarımızdan üzr istəmək istəyirəm.

Sizdən hər hansı bir cinayət törətdiyim və ya bir anlıq olsa da, sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün deyil, sizin hisslərinizi bildiyim və mən də eyni hissi yaşadığım üçün üzr istəyirəm.

Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz, bundan belə nəticə çıxır ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet hesab edirəm və bundan sonra da dövlət naminə, gələcək naminə, gələcək nəsillər naminə o yolu qətiyyətlə gedəcəyəm", - Paşinyan bildirib.


Etiketlər:  Nikol Yeni müraciətində xalqdan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ