Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 10:20
Əməkdar artist Abbas Bağırov xeyli çəki atmasının səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Cümə axşamı" verilişinin qonağı olan müğənni yeni layihəsinə görə artıq çəkidən xilas olduğunu deyib:
"Bir çox sənət adamı mənim kökəldiyimi görüb kökəlib. İndi də mənə görə arıqlayırlar. Çəkim çox idi. Hətta heç vaxt geyinmədiyim ölçüdə kostyumlar alırdım. Yeni layihöm var, iki albom hazırlayıram. Üç klip çəkdirirəm. Heç vaxt oxumadığım tərzdə mahnı ifa etmişəm. Arıqlamağımın da səbəbi budur".