Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 00:32
Sual: Təzədən dirilmə gününə qədər Allah tərəfindən möhlət verilən təkcə İblisdir, yoxsa möhlət verilən başqaları da var? Misal üçün, Cəbrail əleyhissəlama da möhlət verilib?
Quranda bu məsələ ilə əlaqədar ayədə cəm forması işlədilmişdir:
"Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən." (Hicr, 15/37)
Bu da onu göstərir ki, tək bir möhlət verilən deyil, möhlət verilənlər var. Cəbrail əleyhissəlam onlardan biri ola bilər. Başqa mələklər də ola bilərlər. Mən Cəbrailin olma ehtimalını düşünürəm.
Əslində müvafiq ayələrdən belə bir nəticə çıxır ki, mələklər də, cinlər də ölümlüdürlər. Məhz buna görə İblis Allaha: "Mənə Qiyamətə qədər möhlət ver, məni yaşat", - dediyi vaxt başqa möhlət verilənlərlə birgə olmağı düşünür. Belə bir şeyi haqq-hesab edir. Ayədə isə deyilir ki, artıq sən də onlarla birlikdəsən, sən də onlardan (möhlət verilənlərdən) birisən.
Eynilə digər ayədə olduğu kimi. Orada deyilir ki, İblis üz döndərdi, təkəbbür göstərdi və kafirlərdən oldu. Deməli, ondan əvvəl də cinlərdən kafir olanlar var idi.