Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"60 yaşına qədər oynaya bilməz"

Tarix: 3 Yanvar 2024 13:04

"Barselona"nın yarımmüdafiəçisi Pedri "Mançester Siti"nin futbolçusu Erlinq Haalandı komandasında görmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 21 yaşlı futbolçu öz açıqlamasında bildirib. O deyib:

"Mən Haalandı "Barselona"da görmək istəyərdim. O, çox yaxşı futbolçudur. Çoxlu qollar vurur. Levandovski isə 60 yaşına qədər oynaya bilməz. Alvares də çox yaxşı oynayır".

Bu mövsüm Robert Levandovski bütün turnirlərdə "Barselona"nın heyətində 21 matçda iştirak edib, 9 qol vurub və 5 qolun ötürməsini verib. Öz növbəsində Erlinq Haaland 22 matça çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  60 yaşına qədər oynaya bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ