Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başından güllələnən Mələyin SON DURUMU FOTOlar

Başından güllələnən Mələyin SON DURUMU FOTOlar

Tarix: 4 Yanvar 2024 06:30

İstanbulun Fatih şəhərində Yeni il gecəsi dostları ilə görüşən 17 yaşlı Mələk Nur Özgener sevgilisinin silahlı hücumu nəticəsində ağır yaralanıb. 

Milli.Az xəbər verir ki, gənc qız başından ağır güllə yarası alıb.

Hadisə bazar günü, dekabrın 31-də axşam saatlarında Fatih Cibali rayonunda baş verib. İddiaya görə, Ercan D. dostları Mələk Nur Özgener və Nisa A ilə görüşüb. Görüşdükdən sonra Ercan D., Nisa A. və Mələk Nur Özgenerlə oturan zaman anidən atəş açıb. Özgener başından ağır yaralanıb. Yaralını xəstəxanaya gətirən Ercan Nisa A ilə birlikdə qaçıb. 

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Hadisə ilə əlaqədar hərəkətə keçən polis Nisa A.-nın şəxsiyyətini təyin edərək onu saxlayıb. Nisə A. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

5 il əvvəl həbsdə olan və bir müddət əvvəl sərbəst buraxılan 33 yaşlı Ercan D.-nin tutulması üçün istintaq başladılıb.

Mahmud
Milli.Az


Etiketlər:  Başından güllələnən Mələyin DURUMU FOTOlar


RƏYLƏR