Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

On iki ölkə husilərə xəbərdarlıq etdi - SƏBƏB

On iki ölkə husilərə xəbərdarlıq etdi - SƏBƏB

Tarix: 4 Yanvar 2024 07:18

ABŞ və daha 11 ölkə Yəmənin husi üsyançılarından Qırmızı dənizdə hərbi və ticarət gəmilərinə hücumu dayandırmaq tələbini irəli sürüb və bunun fəsadları barədə xəbərdarlıq edib.

Sonxeber.net bu barədə report.az-a istinadən xəbər verir.

"Biz qeyri-qanuni hücumlara dərhal son qoymağa və qanunsuz olaraq saxlanılan gəmilərin və ekipajların sərbəst buraxılmasına çağırırıq. Husilər insan həyatını, qlobal iqtisadiyyatı və regionun kritik su yolları boyunca sərbəst ticarət axınını təhdidinə davam etsələr, bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar", - ABŞ, Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya və Böyük Britaniyanın Ağ Evin internet saytında nəşr olunmuş birgə bəyanatında qeyd olunur.

"Pilotsuz uçuş aparatları, kiçik qayıqlar və raketlərdən istifadə etməklə gəmilərə, o cümlədən kommersiya xarakterli hücumlar gəmiçiliyin azadlığına birbaşa təhlükə yaradır", - sənəddə əlavə edilir.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlarını intensivləşdirməsinə səbəb olub. Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar.


Etiketlər:  ölkə husilərə xəbərdarlıq etdi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ