Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatih Terim debütündə qələbə qazandı

Fatih Terim debütündə qələbə qazandı

Tarix: 4 Yanvar 2024 08:50

Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda Yunanıstan Superliqasının 16-cı turunda autsayder "Yannina"nı qəbul edib. Görüş "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da Terim "Panatinaikos"da debüt oyununa çıxıb.

Qeyd edək ki, "Panatinaikos" hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 37 xalla 2-ci yeri tutur. "Yannina" isə 9 xalla sonuncu - 14-cüdür.

Xatırladaq ki, F.Terim 1 həftə əvvəl "Panatinaikos"a baş məşqçi təyin olunub.

23:00. "Panatinaikos" - "Yannina" - 2:0

Qollar: Yoannidis, 25, Vilyena, 48

Baş hakim: Panaqiotis Rafail Tsiaras

"Apostolos Nikoloidis Stadium".

Milli.Az


Etiketlər:  Fatih Terim debütündə qələbə qazandı


RƏYLƏR