Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Zeynəb Xanlarovanı 50 min insanın içindən xilas etdikdən sonra mənə "xilaskarım" deyir” - FOTO

“Zeynəb Xanlarovanı 50 min insanın içindən xilas etdikdən sonra mənə

Tarix: 4 Yanvar 2024 12:20

"Zeynəb xanım haqda pis və artıq-əskik danışanlar kar və kor kütlədir. Qara kütlədir. Eşşəyin iki arpasını bölə bilməyən kütlədir. Onlar kimdir ki, cavanlığında yox, hələ yeniyetmə vaxtında sənətə gəlib, əfsanə adını daşıyan insan haqda o sözləri desinlər?! Onlar çox qələt edirlər! Haranın itləridir?! İnsanları qaranlıq quyuya sürükləyən kütlələrdir. Özü də dozanqurdu kütləsi".

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Əli Nurzadə deyib. O daha sonra əlavə edib.
 
"Yazırlar ki, Zeynəb xanım 31 dekabrda oxuduğu mahnılarda repertuarı düzgün seçməyib. Sizdən soruşmalı idi? O Azərbaycan incəsənətini Afrikanın cənubundan tutmuş, Himalay dağlarına qədər təmsil edib. O tək Azərbaycanın yox, Türk dünyasının qəhrəman qızı, xanımıdır. Zeynəb xanım bilmir ki, nə oxumaq lazımdır?! Onun bir pis mahnısını göstərə bilərsiz? Onu yazan çaqqallar ömür boyu ulayırlar. Onların peşəsi ancaq ulamaqdır. Bir ara üstünə şər atdılar ki, guya uşaq pulunu kəsib. Zeynəb xanım heç bu haqda danışmayıb. Bu onun işi deyil axı. Onun öz işi, öz çağırışı var. Milli Məclisdə hər zama cəsarətli çıxışları ilə xalq onu tanıyıb" deyə aktyor bildirib.
 
Əli Nurzadə Zeynəb Xanlarova ilə bağlı bir hadisəni də bizimlə bölüşüb.
"O vaxt Sumqayıt Dövlət Dram teatrının direktoru işləyirdim. 1984-cü ildə Sumqayıtdakı stadionda Zeynəb xanımın konserti olmalı idi. Stadion 15 min adam tuturdu, amma 50 min adam gəlmişdi. Zeynəb xanım mahnı oxuya bilmirdi. Hamı ona yaxın olmaq istəyirdi, əlindən tutub şəkil çəkdirmək, üzündən-gözündən öpmək istəyirdilər. Mikrofonu əlimə götürüb insanlara çağırış etdim, ara sakitləşdi. Zeynəb xanım 3 saat fasiləsiz oxudu. O hadisədən sonra məni harada görürsə, deyir ki, "Əli bəy, sən mənim xilaskarımsan". Onu 50 min adamın əlindən xilas etmişdim" deyə xalq artisti bildirib.
 

Milli.Az


Etiketlər:  Zeynəb Xanlarovanı 50 min insanın içindən xilas etdikdən sonra mənə xilaskarım deyir FOTO


RƏYLƏR