Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Ukraynanı itirdi - Müharibə ilə bağlı şok gəlişmə

Zelenski Ukraynanı itirdi - Müharibə ilə bağlı şok gəlişmə

Tarix: 4 Yanvar 2024 13:18

Ukrayna Prezidenti Vladimir Zelenski sonunu gətirəcək üç əsas səhvə yol verdi.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.

"Birinci səhvi qeyri-peşəkarların hakimiyyətə cəlb edilməsidir. Ukrayna Prezidenti Vladimir Zelenski siyasətə şou-biznes qanunları ilə daxil olub. Siyasətini məhz bu qanunlarla davam etdirib. Zelenskinin guya xalqdan olan insanlara güvənməsi şou kimi möhtəşəm görünsə də, dövlətin maraqlarına ziyan vurub. Bütün tarix onu deməyə əsas verir ki, idarəetmə sinfinin təsadüfi insanlara dəyişdirilməsi özlüyündə heç nəyi həll etmir. İkinci səhvi isə nasist ideologiyasına keçiddir. Üçüncü səhvi Qərbin yardımını həddən artıq qiymətləndirməsi olub. Ukrayna prezidenti peşəkar olmasa da, Qərbin dəstəyinin Rusiya ilə qarşıdurmanın bütün risklərini əhatə edəcəyinə səmimi inanırdı. Zelenskinin özü başqasının pulu ilə oynayaraq heç vaxt uduzmayacağını düşünərək yanıldı. Acı da olsa, həqiqət belədir. Zelenski Ukraynanı itirdi", - deyə Medvedçuk vurğulayıb.


Etiketlər:  Zelenski Ukraynanı itirdi Müharibə ilə bağlı şok gəlişmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ