Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canavar kəndə hücum etdi, tələfat var

Canavar kəndə hücum etdi, tələfat var

Tarix: 4 Yanvar 2024 17:14

Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində olub.

Kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.

Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

Milli.Az


Etiketlər:  Canavar kəndə hücum etdi tələfat var


RƏYLƏR